"Bir müddət sonra daha güclü "Qarabağ" görəcəyik"

30 Noyabr 2023 11:20 Qarabağ 1 026
"Bir müddət sonra daha güclü "Qarabağ" görəcəyik"

"Qarabağ"ın sabiq qapıçısı Cahangir Həsənzadə Sportinfo.az-a açıqlama verib.

O, bir vaxtlar formasını geyindiyi komandanın Avropa Liqasının qrup mərhələsində oynayacağı "Molde" ilə matçı dəyərləndirib:

"Komanda öz oyunun tapmaqdadır. Bir müddət sonra daha güclü "Qarabağ" görəcəyik, lakin "Molde" də öz növbəsində o qədər zəif rəqib deyil.

İlk oyunda da nəyə qadir olduğunu göstərmişdi. Bu dəfə doğma meydan amili də onların xeyrinə işləyə bilər. "Qarabağ"ın Molde səfərində şanslarını 50/50-yə görürəm".

Növbəti mərhələyə yüksəlmək üçün təmsilçimizə bərabərlik də münasib nəticə hesab olunacaq. Maraqlıdır, bu fikirlə meydana çıxmaq komanda üçün zərərli ola bilərmi?

"Bir müddət sonra daha güclü "Qarabağ" görəcəyik"

Müsahibi dinləyək:

"Sözsüz ki, bərabərlik bizim xeyrimizədir. Amma düşünmürəm ki, komanda heç-heçəyə köklənsin.

Sadəcə, ola bilər ki, daha az risk etsinlər. Tam müdafiədən oyun qurulacağına inanmıram.

Çünki kifayət qədər keyfiyyətli oyunçular var. "Molde" riskə gedəcək. "Qarabağ"ın belədə əks-hücumlardan yaxşı şansları yaranacaq.

Vurulacaq bir qol işi 50% həll etmiş olacaq, çünki bundan sonra rəqib daha riskə gedib irəli atılacaq. Bu da əks-hücumlar üçün yaxşı imkanlar deməkdir.

O, cəza səbəbindən matçı buraxacaq Julio Romaonun yoxluğundan da söz açıb:

"Romaonun heyətdə olmaması təsir edəcək. Mərkəz zonasında kifayət qədər faydalı, səriştəli futboçudur.

Amma düşünmürəm ki, böyük miqyasda problem olacaq. Onların heyətində kifayət qədər keyfiyyətli futbolçular var.

Braziliyalını əvəz edə biləcəklər. Ola bilsin ki, Qurban Qurbanov taktiki dəyişiklərə də əl atsın".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti