
«Qarabağ»da son illər bir neçə gənc parlasa da, onların heç biri öz yetirməsi deyil».
Bu fikirlər Ağdam klubunun sabiq funksioneri Emin Abbasova aiddir.
Vaxtilə «Qarabağ»ın akademiyasında mühüm post tutmuş keçmiş idarəçi bu sahənin durumu ilə bağlı düşüncələrini dilə gətirib.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişində daimi ekspert kimi çıxış edən E.Abbasov bildirib ki, «Qarabağ»ın əsas komandası Avropaya səs salsa da, uşaq futbolunda çox geridə qalıb:
«Emin Cəfərquliyev, Musa Qurbanlı və Toral Bayramlı kimi gəncləri biz «Qarabağ»da tanımışıq. Amma onlar bu klubun akademiyasından çıxmayıb.
Klubun prezidenti Tahir Gözəl mətbuat nümayəndələri ilə son görüşündə akademiyanın yaşadığı problemləri dinlədi və səslənən iradlarla razılaşdı.
Dedi ki, növbəti 3 ildə güclü akademiyanın qurulması üçün böyük işlər görüləcək. O, bu sahəni inkişaf etdirmək üçün torpağa ehtiyaclarının olduğunu söylədi».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: