
“Qarabağ” Avropa Liqasına möhtəşəm oyun və vacib qələbə ilə başladı.
“Köhlən atlar” qrupun ilk matçında son Norveç çempionu “Molde”ni göz açmağa imkan vermədən 1:0 hesabı ilə məğlub etdi.
Təmsiçimizin avrokuboklardakı zəfəri qardaş ölkəyə səs salıb. Bu da təbii ki, “Qalatasaray”ın adı ilə bağlıdır.
Skandinaviyalılar cari mövsüm Çempionlar Liqasının pley-off mərhələsində “sarı-qırmızılar”la qarşılaşmış, Türkiyə nəhənginə çətin anlar yaşatmışdı.
“Qarabağ”ın bu komanda üzərindəki məlum qalibiyyətindən sonra türkiyəli futbolsevərlər sosial şəbəkə səhifələrində maraqlı rəylərlə diqqət çəkib.
Səhifələrin birində ağdamlıların yert aldığı H qrupunun sıralaması yer alıb ki, “Qarabağ”ı ikinci pillədə görən qardaş ölkədən olan futbol fəalları “köhlən atlar”ın şəninə müxtəlif şərhlər yazıb:
“Təbriklər, can qardaşlarımız! Türkiyədə “Trabzonspor”, Azərbaycanda “Qarabağ”. Halal olsun!”
“Qarabağ” “Molde”ni rəsmən aşsüzənə çevirdi. Bu matçın haqqı rahat 5:0 idi. Vallah, halal olsun “Qarabağ”a. Müdhiş oynayır. Canı-könüldən təbrik edirəm. Göz dəyməsin, davamı gəlsin, inşallah”.
“Qalatasaray”a çətin anlar yaşadan “Molde” “Qarabağ”ın qarşısında həvəskar komandaya bənzəyirdi. Dünyanın ən yaxşı komandası ən bahalı futbolçulardan qurulan deyil, ən yaxşı komanda oyunu oynayandır”.
“Nədir bu “Molde”nin Türk ölkələrinin komandalarından çəkdiyi?”
“Qarabağ”ın qol vurmağı bacaran hücumçusu olsaydı, matç 5:0 bitəcəkdi”.
“Halal olsun qardaşıma. “Qarabağ” yırtıb keçər”.
“Brazo, “Qarabağ”! Molde” bundan sonra türkün adını eşidəndə... Anladınız yəqin”.
Norveç təmsilçisi ÇL-in pley-off mərhələsində “Qalatasaray”a qarşı keçirdiyi oyunlarda doğma meydanda 2:3, İstanbulda 1:2 hesabı ilə uduzub.
HƏBİB / SPORTİNFO.AZ