
“Molde”nin futbolçusu Emil Breyvik Avropa Liqasının birinci turunda “Qarabağ”la qarşılaşmasından sonra danışıb.
Sportinfo.az xəbər verir ki, norveçli yarımmüdafiəçi Bakıdakı məğlubiyyəti (1:0) bu cür şərh edib:
“Açığı, mövsümün bəlkə də ən pis oyunumuzu oynadıq. Nəsə demək olmur, rəqib bizdən güclü və qələbəyə daha çox layiq idi.
Hətta heç-heçə üçün də oynaya bildiyimizi deyə bilmərəm. Avropa Liqasına pis başladıq. Amma heç nə itirilməyib.
Qarşıda hələ beş oyun, “Qarabağ”la evdə keçiriləcək cavab matçı var. Revanş almağa çalışacağıq".