Qurban Qurbanovun sevimli futbolçusu bu sözləri yazmaqla kimə mesaj verir? - FOTO

2 İyun 23:20 Qarabağ 1 283
Qurban Qurbanovun sevimli futbolçusu bu sözləri yazmaqla kimə mesaj verir? - FOTO

"Qarabağ"ın legioneri Marko Yankoviç sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi instaqram hesabında mükafatlandırma mərasimindən fotosunu paylaşaraq bunları yazıb:

"Heç kimlə rəqabət aparmıram, ona görə heç kim mənimlə yarışa bilməz. Mən öz həyatımı yaşayıram və öz fikirlərim, planlarım, arzularım və qərarlarım var.

Ola bilsin ki, getmək istədiyim yerə getməmişəm, amma sonda olmaq istədiyim yerə çatdım.

Hamımız nə üçün çalışırıqsa, onu da əldə edirik. Sevgilərlə".

2022-ci ildə “Qarabağ”la anlaşmış 27 yaşlı futbolçunun müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!