
"Karvan"da narazılıq pik həddə çatıb.
Bölgə klubunun dünən üçün nəzərdə tutulan hazırlıq planı belə baş tutmayıb.
Futbolçular məşqə çıxmaqdan imtina ediblər.
Səbəb maaş və mükafatlarını ala bilməmələridir.
Uzun müddətdir davam edən danışıqlar müsbət nəticə verməyib.
Səbri daşan oyunçular son çarəni məşqə çıxmamaqda görüblər.
Yevlax təmsilçisi 13 ildən sonra qayıtdığı Premyer Liqanın ilk 5 həftəsində 4 xal toplayıb.
«Sarvanlar» 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
XANOĞLAN / SPORTİNFO.AZ