Mahir onları başına yığdı, bu işi gördü - "Dinamo" düşərgəsindən YENİ VİDEO

7 İyul 2023 17:00 Maraqlı 763
Mahir onları başına yığdı, bu işi gördü - "Dinamo" düşərgəsindən YENİ VİDEO

Zaqreb "Dinamo"sunun Sloveniyadakı təlim-məşq toplanışı davam edir.

Ötən ilin ikinci yarısın icarə əsasında Türkiyənin "Konyaspor" klubunda keçirən Mahir Emreli də düşərgədə yer alıb.

Həmyerlimiz ilk yoxlama matçı çərçivəsində "SSKA 1948"ə (Bolqarıstan) qarşı oyunda fərqlənməyi bacarıb.

İlk 11-likdə meydana çıxan Mahir Bruno Petkoviçin ötürməsindən sonra 21-ci dəqiqədə vurduğu qolla hesabı açıb.

26 yaşlı legionerimiz meydandan kənarda da boş dayanmır.

O, komanda yoldaşlarını qaldıqları oteldə başına yığıb, asüdə vaxtını pleystation oynamaqla keçirir.

Millimizin forvardına qoşulanlar arasında isə Xorvatiya millisinin yarımmüdafiəçisi Luka İvanusec, İran yığmasının müdafiəçisi Sadeg Moharrami və Avstriya gənclər millisinin üzvü Robert Ljubicic yer alıb.

Ümid edək ki, kefi yerində, işi yolunda gedən Emreli mövsüm boyu vuracağı qollarla bizi sevindirəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin görüntüləri iəs aşağıdakı linkdə izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti