“Bir onu bildim ki, İkardi onu kiməsə verdi“ - Bakıda MARAQLI OLAY!

23 Aprel 2023 19:25 Maraqlı 530
“Bir onu bildim ki, İkardi onu kiməsə verdi“ - Bakıda MARAQLI OLAY!

“Qalatasaray”ın “Qarabağ”la qardaşlıq oyunu üçün ölkəmizə səfər xərclərini “Azersun Holding” qarşılasa da, onların Bakıda məskunlaşma və nəqliyyat öhdəlikləri “Cansports Travel&Consulting” şirkətinin üzərində idi.

“Cim-Bom” paytaxtımızda olduğu müddətdə məhz sözgedən şirkətin xidmətindən yararlanmaqla sutka ərzində rahatlığın təminatına nail olub.

Görəsən, İstanbul nəhənginin ulduz futbolçularının futbolkaları kimə nəsib olub?

“Cansports Travel&Consulting”in təsisçisi və rəhbəri, “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov bu barədə Sportinfo.az-a deyib.

“Futbolkaları oyundan sonra dəyişdilər deyə, görmək imkanım olmadı. Bir-iki nəfərin əlində forma var idi, amma adları görmədiyim üçün kimin olduğunu bilmədim.

Bir onu bildim ki, Mauro İkardi formasını kiməsə verdi.

Futbolçular otelin əməkdaşlarının, yaxud oteldəki qonaqların şəkil çəkdirmək, imza almaq istəyinə necə yanaşırdı?

Kifayət qədər səmimi görünürdülər və yaxınlaşanlara isti münasibət göstərirdilər. Hava limanında olduğu kimi, “Fairmont”da da əsas diqqət Mauro İkardiyə idi“.

Digər Xəbərlər
Xəbər Lenti