Sabiq "Qarabağ"lı Fransada bunu da bacardı

9 Aprel 2023 20:40 Maraqlı 2 976
Sabiq "Qarabağ"lı Fransada bunu da bacardı

Fransa Liqa-2-də 30-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadji uğurlu oyununu bu turda da davam etdrib. Seneqallı futbolçunun komandası “Sent-Etyen” səfərdə “Paris FK”ya 4:2 hesabı ilə qalib gəlib. Start heyətdə meydana çıxan Vadji matçın start fitindən cəmi 21 saniyə sonra hesabı açıb. O, həmçinin komandasının 2-ci qolunun ötürməsini edib.

Bu qələbə sayəsində “Sent-Etyen” turnir cədvəlində 11-ci pilləyə yüksəlib.

Vadji özü isə bu mövsüm Liqa-2-də vurduğu qolların sayını 9-a yüksəldib (23 oyunda).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"