"Bizə demişdi ki, "Zirə"yə 4 qol da vura bilərsiniz"

30 Aprel 2021 20:20 Şamaxı 2 071
"Bizə demişdi ki, "Zirə"yə 4 qol da vura bilərsiniz"

"Çox ağır oyun olacağını bilirdik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Zirə" ilə oyunu haqda danışan "Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyev deyib.

Təcrübəli futbolçu oyunun çox gərgin keçdiyini, amma hər an qələbəyə inamları olduğunu bildirib: "Zirə"nin müdafiədə oturub hesabı qoruması gözlənilən idi. Digər oyunlarını analiz eləmişdik. Həqiqətən, "Zirə"yə qol vurmaq çox çətindir. Sıx müdafiə ilə oynayırlar. Bizə isə mütləq ən azı 2 qol lazım idi. Bunu çox yaxşı başa düşürdük. Baş məşqçimiz də bizə demişdi ki, mən dediyim taktik ilə oynasanız "Zirə"yə 4 qol da vura bilərsiniz. Bunu həftə ərzində bizə izah eləmişdi. Çox yaxşı çalışmışdıq. Hər kəs tapşırıqları yüksək səviyyədə yerinə yetirirdi. İlk oyunda 2-1 uduzmağımıza baxmayaraq, baş məşqçidən tutmuş hamımızda qələbəyə böyük inam vardı. Düşünürəm ki, layiqli qələbə qazandıq. Çox gərgin və dramatik oyun keçdi. Şükürlər olsun ki, sonda sevinən tərəf biz olduq. Baş məşqçimizi verdiyi bütün tapşırıqları yerinə yetirdik. "Səbail" üzərindəki qələbə bizə əlavə motivasiya vermişdi. Bizə 1 qələbə lazım idi. İnşallah davamı gələr".

Millimizin də üzvü olan müdafiəçi oyuna damğasını vuran məlum epizodla bağlı isə bunları dedi: "Oyunun içində olan insan top hardadısa ora köklənir. İnanmıram ki, kimsə kənardan epizodu dəqiq görmüşəm desin. Yan xətt hakimi qətiyyətlə dedi ki, Corceviç Abanqı vurub. Oyundan sonra PFL-in çəkilişində epizoda təkrar baxanda görünür ki, konkret vurub. Hakim də haqlı olaraq qırmızı verib, penal nöqtəsin göstərdi. Düzdü, orda bir söz deyə bilmirdik. Kapitan kimi hakimə yaxınlaşmışdım. Məncə, hakim haqlı qərar verib".

Digər Xəbərlər
Xəbər Lenti