“Belə sual vermək olmaz” - Premyer Liqa klubunun sahibi narazı qaldı

19 Mart 21:40 İngiltərə 233
“Belə sual vermək olmaz” - Premyer Liqa klubunun sahibi narazı qaldı

“Mançester Yunayted”in həmsahibi Cim Ratkliff “Liverpul”un çalışdırıcısı Yurgen Kloppun komandanın baş məşqçisi postuna mümkün dəvəti ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın sahibi Kloppun “Liverpul”dan gedişinin komanda üçün böyük dəyişiklik olacağını bildirib:

– Yurgen Klopp “Liverpul”u tərk edir, elə deyilmi?

– Bəli, bu, “Liverpul” üçün böyük dəyişiklik olacaq.

– Ona zəng edəcəksiz?

– Belə sual vermək olmaz (gülür).

56 yaşlı Klopp yanvar ayında mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlamışdı. Almaniyalı mütəxəssis Premyer Liqanın digər komandalarında çalışmayacağına söz verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!