Transfer siyahısında olan hücumçuların adları – Payaxt təmsilçisinin

21 Aprel 2024 20:25 İngiltərə 718
Transfer siyahısında olan hücumçuların adları – Payaxt təmsilçisinin

“Arsenal” transfer siyahısına daha bir neçə hücumçu əlavə edib.

Sportinfo.az “The Guardian”-a istinadən xəbər verir ki, klub rəhbərliyi Aleksandr İsak (“Nyukasl”), Duşan Vlahoviç (“Yuventus”) və Maykl Olizin (“Kristal Pelas”) namizədliyini nəzərdən keçirir.

Bundan əvvəl London klubunun “Napoli”dən Viktor Osimhen və “Sportinq”də çıxış edən Viktor Gyökereslə də maraqlandığı bildirilirdi.

“Arsenal” İngiltərə çempionatının 32 turundan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Mikel Artetanın yetirmələri növbəti turda səfərdə “Vulverhempton”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi