Vüqar Bakıda yaponiyalı ilə dalaşdı - VİDEO

17 Sentyabr 2023 08:30 Hadisə 1 273
Vüqar Bakıda yaponiyalı ilə dalaşdı - VİDEO

Sportinfo.az xəbər verir ki, Bakıda keçiriləcək “Rizin” turnirinə həsr olunan mətbuat konfransında gərgin anlar yaşanıb.

Yarışda kəmər uğrunda döyüşə qatılacaq həmyerlimiz Vüqar Kərəmov və yaponiyalı Suzuki Çihiro baxış duelində mübahisə ediblər.

Tədbir ərzində Suzuki dəfələrlə provokativ hərəkətlər edərək Vüqar Kərəmovu özündən çıxarmağa çalışıb.

Yaponiyalı idmançı hətta döyüşçümüzün çempionluq kəmərini götürərək tezliklə onu qazanacağını söyləyib.

Azərbaycanlı MMA ustası isə onun bu davranışını təbəssümlə qarşılayıb və rəqibinin kəməri ancaq yuxusunda görə biləcəyini deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!