“Molde”nin 3 futbolçusu “Qarabağ”la oyuna çıxmayacaq?

17 Sentyabr 2023 13:35 Hadisə 1 303
“Molde”nin 3 futbolçusu “Qarabağ”la oyuna çıxmayacaq?

“Molde”nin (Norveç) 3 futbolçusu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunu buraxa bilər.

Sportinfo.az xəbər verir ki, bunlar müdafiəçi Martin Linnes, yarımmüdafiəçilər Erlinq Knudtzon və Martin Ellinqsendir.

Knudtzon Çempionlar Liqasının pley-off mərhələsində “Qalatasaray” ilə keçirilən oyunda başından xəsarət alıb və həmin vaxtdan yaşıl meydanlardan uzaqdır.

Linnes həmin qarşılaşmadan əvvəl topuğunun iki bağından zədə alıb. Ellinqsenin isə topuğunda ağrılar var. Onlardan sonuncunun “Qarabağ”la görüşdə iştirak etmək şansı nisbətən yüksək qiymətləndirilir.

Sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!