ANAMA-nın avtobusu Laçında qəza etdi - 6 nəfər xəsarət aldı

17 Sentyabr 2023 08:10 Hadisə 933
ANAMA-nın avtobusu Laçında qəza etdi - 6 nəfər xəsarət aldı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə məxsus avtobus Laçın rayonu ərazisində qəza edib.

Bu barədə ANAMA məlumat yayıb.

Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.

***

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, bu gün Laçın rayonunun Ağcakənd kəndi ərazisində “Kamaz” markalı sərnişin avtobusu hərəkətdə olan zaman sürücünün idarəetməni itirməsi səbəbindən dərəyə yuvarlanıb.

İlkin məlumata görə, nəqliyyat vasitəsində olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!