AFFA-nın baş katibi: "Bu, futbolun inkişafına gətirib çıxaracaq" - VİDEO

6 Oktyabr 2023 00:40 Hadisə 922
AFFA-nın baş katibi: "Bu, futbolun inkişafına gətirib çıxaracaq" - VİDEO

Özbəkistanın paytaxtı Daşkənddə FIFA-nın Avropa və Mərkəzi Asiya üzrə üzv assosiasiyaları arasında əməkdaşlıq və bilik mübadiləsi seminarı keçirilib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın baş katibi Sərxan Hacıyev seminarla bağlı federasiyanın yutub kanalına fikirlərini bildirib:

“Bu tədbir onunla xüsusidir ki, Avropa və Asiya federasiyaları burada iştirak edir. İki müxtəlif kontinent təcrübələrini bir-biriləri ilə bölüşürlər.

Birmənalı şəkildə demək olar ki, bu cür tədbirlər futbolun inkişafına gətirib çıxaracaq. AFFA adından FIFA-ya, Özbəkistan Futbol Federasiyasına minnətdarlığımı bildirirəm.

Federasiya olaraq öz tərəfimizdən infrastruktur layihələri ilə bağlı təcrübələrimizi bölüşdük.Həmçinin, digər federasiyalardan müəyyən təcrübə topladıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!