DİN-in hərbi qulluqçusu minaya düşdü - İşğaldan azad edilən ərazidə

5 Oktyabr 2023 21:50 Hadisə 813
DİN-in hərbi qulluqçusu minaya düşdü - İşğaldan azad edilən ərazidə

Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb.

O, dərhal xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!