Rövnəq Abdullayev buranın xərcini öz üzərinə götürdü – ŞOK XƏBƏR!

5 Oktyabr 2023 14:40 Hadisə 17 601
Rövnəq Abdullayev buranın xərcini öz üzərinə götürdü – ŞOK XƏBƏR!

AFFA prezidenti Rövnəq Abdullayav Qusarda stadion tikintisinə böyük miqdarda vəsait ayırıb.

Sportinfo.az bu barədə federasiyadan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, qurumun başçısı Şövkət Orduxanovun adını daşıyan arenanın inşaat xərcinin əsas hissəsini öz üzərinə götürüb.

Sözügedən məkanda aylardır davam edən yenidənqurmanın təşəbbüskarı da odur.

R.Abdullayev yerli İcra Hakimiyyəti və «Azərenerji»ASC-nın sabiq prezidenti Etibar Pirverdiyevlə danışıqlar apararaq, tikintisi illərlə yarımçıq qalmış stadionun «bəxt»inin açılmasına müvəffəq olub.

Hazırda burada sürətli iş gedir. Vaxtilə «Şahdağ»ın ev oyunlarını keçirdiyi futbol qurğusunun ilin sonunadək təhvil verilməsi planlaşdırılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!