“Hakken” kobud səhvlə “Qarabağ”lıları özündən çıxardı

5 Oktyabr 2023 14:20 Hadisə 2 471
“Hakken” kobud səhvlə “Qarabağ”lıları özündən çıxardı

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Hakken” axşamkı qarşılaşma ilə bağlı anons yayıb.

İsveç təmsilçisi sosial şəbəkə hesabında poster paylaşaraq hər iki klubun loqosunu yerləşdirib ki, burada böyük səhvə yol verilib.

“Köhlən atlar”ın loqosunda 2 yox, 1 ulduz göstərilib. Bu isə “Qarabağ”ın ölkə çempionluğunun sayının azaldılması deməkdir.

Halbuki komandanın ötən mövsüm birinci yeri tutması “Qarabağ”ın 10-cu çempionluğunu rəsmiləşdirməsi, bununla da ulduz sayının artmasına səbəb olmuşdu.

“Hakken”in SMM qrupunun yol verdiyi səhv “Qarabağ” azarkeşlərini özündən çıxarıb. Yazılan çoxsaylı şərhlərdə isveçlilərin məlum diqqətsizliyi tezliklə aradan qaldırmasının vacibliyi qeyd olunub.

Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” dueli bu axşam saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!