Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə fotosunu yayıb.
O, bu barədə özünün instaqram hesabında paylaşım edib.
Argentinalı məşhur futbolçu SOCAR-ın sabiq vitse-prezidentini evində qonaq edib. Görüşdə Messi və Əhmədzadənin xanımları da iştirak eləyiblər.
Həmyerlimiz Messinin doğum gününə də qatılıb. A.Əhmədzadə futbolçuya Azərbaycan xalçası hədiyyə etmişdi.
AĞ Partiyanın sədri Tural Abbaslı Adnan Əhmədzadənin “Barselona”nın sabiq ulduzu ilə dostluğuna münasibət bildirib. O, iş adamının bu yaxınlıqdan Azərbaycan naminə istifadə etmədiyini bildirib:

“SOCAR-da işləmisən, harada işləmisən, halalla, haramla qazanmısan, bilmirəm. Amma pul qazanmısan.
Halal xoşun olsun! İki gündənbir Messini öpür. Messi ilə hər dəfə qucaqlaşıb öpüşürsən, bircə dəfə də ona de ki, “Qarabağ Azərbaycandır” söyləsin.
Bütün günü onunla bir yerdəsən, pivə içirsən, dedizdir də bu sözü ona. Bunu da sosial şəbəkədə paylaş, qoy camaat “layk” eləsin, səni alqişlasın.
Messinin nəyinə lazımdır Azərbaycanla Ermənistanın problemi. Ona bir dənə saat hədiyyə elə, nə istəyirsən desin sənin üçün.
Pul var da. Bütün günü ailəsinin içindəsən. Hansısa məşhur futbolçuya pul verib, 10 saniyəlik video çəkdirsən, bu, Azərbaycanın ən böyük təbliğatı olar”.
SPORTİNFO.AZ

