Klub prezidenti paltardəyişmə otağına silahla girdi, söydü və... FOTO

3 Oktyabr 2023 08:30 Hadisə 5 948
Klub prezidenti paltardəyişmə otağına silahla girdi, söydü və... FOTO

Türkiyə futbolunda xoşagəlməz hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, aşağı liqada baş tutan və gərgin keçən "Vanspor" - "Zonquldak Kömürspor" xoşagəlməz anlara səbəb olub.

"Vanspor"un 90-cı dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qalib gəldiyi matçdan sonra futbol meydanlarında arzuolunmaz hadisələrin yaşandığı iddia edilib.

"Zonguldak Kömürspor”dan verilən açıqlamada "Vanspor”un prezidentinin matçdan sonra əlində silahla meydan sahiblərinin soyunub-geyinmə otağına daxil olduğu, futbolçulara, texniki heyətin ünvanına təhqir və söyüşlər səsləndirdiyi iddia edilib.

Qapıçı Egemen Yaylının əlbəyaxa davada aldığı zərbələrə görə xəstəxanaya yerləşdirildiyi, idman nazirinin müdaxiləsindən çağırmasından sonra hadisələrin sakitləşdiyi bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!