AFFA nümayəndəsi Gəncədə insident yaratdı - QALMAQALLI VİDEO

1 Oktyabr 2023 17:45 Hadisə 2 117
AFFA nümayəndəsi Gəncədə insident yaratdı - QALMAQALLI VİDEO

Premyer Liqanın 8-ci turu çərçivəsində "Kəpəz" doğma meydanda "Qəbələ"ni qəbul edir.

Gəncə şəhər stadionunda keçirilən qarşılaşmanın fasiləsində insident yaşanıb.

Hadisə AFFA nümayəndəsi Mahir Həsənovla asayışı qoruyan əməkdaşlar arasında baş verib.

Təfərrüatını tam öyrənə bilmədiyimiz mübahisə təxminən 15 dəqiqə çəkib.

Gəncə klubunun mühafizə xidmətinin rəisi Elmar Əliyevin araya girməsi ilə tərəflər sakitləşib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!