Sadıq Sadıqov yenidən “Neftçi”nin bazasına döndü və... FOTOLAR

30 Sentyabr 20:20 Hadisə 2 693
Sadıq Sadıqov yenidən “Neftçi”nin bazasına döndü və... FOTOLAR

Birinci Liqada 3-cü turun oyunları keçirilib.

“Neftçi”nin təlim-məşq bazasında nominal meydan sahibi “Qaradağ Lökbatan” debütant “İrəvan”ı qəbul edib.

Görüşü izləyənlər arasında kifayət qədər tanınmış şəxslər yer alıb ki, onlardan biri Sadıq Sadıqov olub.

“Neftçi” tarixinin ən sevilən prezidentlərindən olan Sadıqov Lökbatan təmsilçisini dəstəkləmək üçün Bakıxanovdakı stadiona gəlib.

Sadıq bəy artıq xeyli müddətdir “Neftçi” İK İctimai Birliyinin prezidentidir. “Qarabağ Lökbatan” isə məhz bu cəmiyyətin nəznindədir.

Sadıq Sadıqov “Neftçi”nin təlim-məşq bazası yenidən inşa olunduqdan sonra buraya ilk dəfə təşrif buyurub. Ərazidə salınan meydançalara göz gəzdirib, görüləcək işlərlə tanış olub.

Təcrübəli futbol adamını Birinci Liqanın oyununda görən şəxslər Sadıqova yaxınlaşaraq onunla hal-əhval tutub.

Bildirək ki, Sadıq Sadıqov “Neftçi”nin prezidenti olduğu 5 ildə komanda 3 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb, ölkə futbol tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."