Ermənistana 237 yaralı erməni aparılıb - Qarabağdan

28 Sentyabr 2023 08:00 Hadisə 543
Ermənistana 237 yaralı erməni aparılıb - Qarabağdan

Qarabağdan Ermənistana 237 yaralı aparılıb.

Bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, 142 yaralı helikopter, 95 yaralı isə təcili tibbi yardım avtomobili ilə Ermənistana aparılıb. Bildirilir ki, yaralıların gətirilməsi prosesi davam etdirilir.

Xankəndidə tibbi yardıma və qayğıya ehtiyacı olan insanların aparılması, eləcə də yerlərdə yardımın göstərilməsi üçün Ermənistandan içərisində tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.

Bundan savayı, Xankəndi yaxınlığında benzin çəninin partlaması nəticəsində yaralanan şəxslərə yardım məqsədilə Azərbaycan tərəfindən tibbi ləvazimatlar göndərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!