Vardanyan Laçın postunda saxlanıldı, Bakıya gətirildi – VİDEO+FOTO

27 Sentyabr 2023 16:30 Hadisə 963
Vardanyan Laçın postunda saxlanıldı, Bakıya gətirildi – VİDEO+FOTO

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

vardanyanin-saxlanilma-ani

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

"Xəzər xəbər” Vardanyanın saxlanılma anının videosunu əldə edib.

Həmin görüntüləri təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!