"Azərbaycan xalqını sevirəm, mənə nə İrəvan, nə də Qarabağ lazımdır"

27 Sentyabr 2023 03:40 Hadisə 1 812
"Azərbaycan xalqını sevirəm, mənə nə İrəvan, nə də Qarabağ lazımdır"

“Mən Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfinə əsir düşəndə bu xalqın humanistliyinin şahidi oldum”.

Bunu Qarabağın erməniəsilli sakini Robert Safaryan deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə əsirlikdə olanda onunla yaxşı rəftar edilib, vəziyyəti ilə yaxından maraqlanıblar:

“Mən Azərbaycan xalqını sevirəm. Bu, belə də olmalıydı. Gec-tez siz torpağınızı azad edəcəkdiniz. Mənə nə İrəvan, nə də Qarabağ lazımdır.

Səmimi deyim ki, torpağın sahibi sizsiniz. Tənha adamam, Rusiyaya gedəcəyəm. Xankəndiyə yenidən qayıtmaq istəmirəm. Heç bir təzyiq göstərilmir, normal qaydada yoxlanılıb keçirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!