Telefonunu oğurlamaq istəyən şəxsi döydü - VİDEO

27 Sentyabr 2023 03:00 Hadisə 559
Telefonunu oğurlamaq istəyən şəxsi döydü - VİDEO

Sabiq uruqvaylı futbolçu Dieqo Luqanonun başına maraqlı hadisə gəlib.

Braziliya kubokunun finalında "San Paulo" - "Flamenqo" matçı üçün "Cicero Pompeu de Toledo" stadionuna yollanan keçmiş futbolçunun oyundan sonra mobil telefonu oğurlanıb.

Luqano dərhal müdaxilə edərək telefonunu geri ala bilib. Luqanonun bu hərəkətindən sonra başqa azarkeşlər də işə qarışıb və bir müddət dava düşüb.

Daha sonra oğru polisə təhvil verilib.

"Fənərbağça", PSJ, "Malaqa", "Vest Bromviç" kimi klublarda çıxış etmiş Luqano "Qarabağ"ın bu mövsüm Avroliqanın qrup mərhələsindəki rəqiblərindən biri İsveç klubu "Hakken"də də (2015-ci ildə) forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!