Qarabağ”ın oyununda əlbəyaxa olanlar “Sportinfo” üçün görün nə etdi – FOTO

26 Sentyabr 2023 21:20 Hadisə 2 384
Qarabağ”ın oyununda əlbəyaxa olanlar “Sportinfo” üçün görün nə etdi – FOTO

Hesabat turunun bölgədə baş tutan yeganə qarşılaşması geniş müzakirələrə yol açdı.

Bazar ertəsi “Qəbələ”ylə “Qarabağ” oyununun 11-ci dəqiqəsində qonaqlar 2 top fərqi ilə önə keçəndə işin bitdiyini, oyunun sakit məcrada davam edəcəyini təxmin etmişdik.

Lakin fasilə ərəfəsində ara qarışdı, məzhəb itdi. “Qırmızı-qaralar”ın üzvü Bilel Auaşeriyanın top uğrunda mübarizədə Kevin Medinanın başına zərbə endirməsi kolumbiyalını özündən çıxardı.

“Qarabağ”ın “tank”ı ayağa qalxıb Auaşeriyanın üzünə başı ilə toxundu, ardınca onu itələyən Əyyub Allaşı əli ilə vurdu. Nəticədə epizodun təkrarına baxan Elçin Məsiyev Medinanı meydandan qovdu.

UEFA Superkubokuna evsahibliyi edəcək ölkə - 2024-cü ildə

Oyun başa çatandan təxminən yarım saat sonra əsəblər soyumuşdu. Bilel “Qarabağ”ın avtobusunun yanında dayanıb Kevinin yolunu gözləyirdi.

Çox keçmədən kolumbiyalı da göründü.

Bir qədər əvvəl meydanda əlbəyaxa olanlar bu dəfə qol-boyun olub qucaqlaşdılar, portuqalca bir-birinə ürək sözlərini çatdırdılar. Bir qədər söhbət edəndən sonra zəngləşib Bakıda görüşmək ümidi ilə ayrıldılar.

Bəndəniz isə fürsəti əldən verməyib qalmaqalın əsas iştirakçılarından “Sportinfo” üçün barışıq fotosu pozu verməyi xahiş etdim. Sağ olsunlar, tələsmələrinə rəğmən razılaşdılar.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!