“Qarabağ”ın əleyhinə qərarlar verdi, təhqir olundu - VİDEO

26 Sentyabr 2023 20:00 Hadisə 717
“Qarabağ”ın əleyhinə qərarlar verdi, təhqir olundu - VİDEO

“Qəbələ” – “Qarabağ” qarşılaşmasındakı əsas söz sahibi Elçin Məsiyev Qurban Qurbanovu köməkçisi Kamran Əliyevin xəbərdarlığı ilə texniki zonadan qovmaqla ağdamlı azarkeşlərin əsəblərini tarıma çəkdi.

2021-ci ildə “Neftçi”ylə “Qarabağ” arasındakı çempionluq görüşündə verdiyi qərarlarla “köhlən atlar”ın fanatlarının nifrətini qazanan Elçin bu dəfə odun üstünə benzin tökdü.

Meydandakı əsas söz sahibinin Qurbanova ikinci “sarı”nı göstərib tribunaya göndərməsindən sonra qonaqlar üçün ayrılmış tribunadan təhqir dolu şüarlar eşidilməyə başladı.

Etika xatirinə söyüşləri olduğu kimi qeyd edə bilməsək də, hansısa formada diqqətə çatdıraq:

“AFFA-nın kü...yü Elçin Məsiyev”

“Məsiyev, Məsiyev, boynuyoğun Məsiyev”

“Elçin P.siyev”

“Atma p..sərə, atma p..sərə, Elçin Məsiyev, atma p..sərə”

“Elçin, b..bala, b..bala, b..bala”

Təbii, ictimai yer sayılan stadionlarda söyüş qəbuledilməzdir. Oyunlar canlı yayımlanırsa və arenalara azyaşlılarla qadınlar da təşrif buyurursa, bu cür davranış normal deyil.

Ancaq bir şeyi qəbul etməliyik ki, azarkeş dayandığı yerdə heç kimi təhqir etmir. Səhvlər sıralanırsa və bunun az qala hər dəfə eyni adam edirsə, kimlərsə bu barədə ciddi düşünməlidir. Hakim oyunun ağırlığını çiyinlərində daşımalıdır, altında əzilməli deyil.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!