Üç futbolçu ilə müqaviləni uzatdılar - "Qarabağ"la oyundan əvvəl

26 Sentyabr 2023 13:40 Hadisə 543
Üç futbolçu ilə müqaviləni uzatdılar - "Qarabağ"la oyundan əvvəl

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveç "Hakken"i 3 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az Höteborq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Peter Abrahamsson, müdafiəçi Yohan Hammar və yarımmüdafiəçi Samuel Qustafsonun sözləşməsi yenilənib.

Abrahamsson və Qustafsonun müqavilələrinin müddəti 2025-ci, Hammarda isə 2026-cı ildə başa çatacaq.

"Qarabağ” II turda “Hakken”lə qarşılaşacaq. Azərbaycan çempionu rəqibi ilə oktyabrın 5-də səfərdə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!