Silahları təhvil verən ermənilərlə bağlı daha bir rəsmi açıqlama verildi

25 Sentyabr 2023 15:50 Hadisə 659
Silahları təhvil verən ermənilərlə bağlı daha bir rəsmi açıqlama verildi

Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir.

Bu haqda Dövlət Təhlükəsizlik Xidmətinin Qarabağ bölgəsinin erməni əhalisinə etdiyi müraciətdə deyilir.

Müraciətdə eyni zamanda erməni sakinlərinə müraciət edilərək sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!