Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəssr" Asiya Çempionlar Liqasının qruo mərhələsinin oyunu çərçivəsində səfərdə "Persepolis"in qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, Tehranda azarkeşlər portuqaliyalı ulduzu görmək məqsədilə izdiham yaradıb.
Onlar Səudiyyə komandasının futbolçularının qaldığı otelə giriblər. Bu səbəbdən Səudiyyə Ərəbistnı təmsilçisinin oyunöncəsi məşqi təxirə salınıb.
İrana gələn kimi portuqaliyalı hücumçuya xalça və limitsiz internetə çıxışı olan SİM kart da verilib.
"Persepolis" - "Əl Nəssr" qarşılaşması bu gün Bakı vaxtilə saat 22:00-da start götürəcək.


