Türkmənistanlı istedad Azərbaycan klublarının hədəfində

19 Sentyabr 2023 03:00 Hadisə 1 359
Türkmənistanlı istedad Azərbaycan klublarının hədəfində

"Nebitçi" Qələbədəki təlim-məşq toplanışını başa vuraraq Türkmənistana qayıdıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a daxil olan məlumata görə, ölkəmizdə keçirdiyi yoxlama görüşləri zamanı Balkanabad klubunun futbolçuları Azərbaycan komandalarının diqqətini cəlb edib.

"Nebitçi"dən saytımıza verilən məlumata görə, Maqtim Berenov Premyer Liqa və birinci divizion klublarımızın maraq dairəsinə düşüb.

Türkmənistan klubu təkliflərin konkretləşəcəyi təqdirdə, 19 yaşlı yarımmüdafiəçinin karyerasını Azərbaycanda davam etdirmək variantına qarşı çıxmayacaq.

Berenov Türkmənistanın U-21 yığmasının da üzvüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!