“Niyə hakim-inspektor kimi təyinat almayım?
Elçin Məsiyevin idarə etdiyi AVRO-2024-ün seçmə mərhələ oyununda eyni vəzifəni UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti yerinə yetirib”.
Sportinfo.az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək deyib.
Türkiyəli mütəxəssis buna haqlarının çatdığını bildirib:
“Mən niyə öz işimi davam etdirməyim? Bunun çox faydası var. Bəzən xüsusi izləməli olduğum referilər olur.
Təyinat almasaydım, tam anormal olardı”.
Elçin Məsiyevin idarə etdiyi İsveçrə - Andorra matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

