“Qarabağ Azərbaycandır!” İrəvan küçələrində - FOTOLAR

19 Sentyabr 2023 03:10 Hadisə 882
“Qarabağ Azərbaycandır!” İrəvan küçələrində - FOTOLAR

İrəvan küçələrində Ermənistanın hakim partiyasının emblemi, baş nazir Nikol Paşinyanın portreti və erməni dilində “Qarabağ Azərbaycandır və nöqtə” yazıları olan posterlər yayılıb.

Müvafiq görüntülər teleqram kanallarında yayımlanıb.

Bildirilir ki, İrəvan küçələrinə yüzlərlə belə posterlər yerləşdirilib. Aksiya hakim partiya tərəfdarlarının paytaxt meri vəzifəsinə namizədinə dəstək məqsədilə dünənki yürüşündən sonra (seçkilər sabah keçiriləcək) baş tutub. Posterlərin kimlər tərəfindən yayıldığı məlum deyil.

Bildirilir ki, posterlərin dizaynı, o cümlədən rəngi və şriftləri hakim partiyanın təbliğat materiallarının üslubu ilə eynidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!