XOŞ HADİSƏ: Qəhrəman şəhid qardaşların əkiz bacı-qardaşı dünyaya gəldi - VİDEO+FOTOLAR

15 Sentyabr 2023 13:50 Hadisə 603
XOŞ HADİSƏ: Qəhrəman şəhid qardaşların əkiz bacı-qardaşı dünyaya gəldi - VİDEO+FOTOLAR

Vətən Müharibəsinin qəhrəman şəhidlərindən Məmmədov qardaşlarının əkiz bacı-qardaşı dünyaya gəlib.

Bu barədə məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu paylaşıb.

Körpələrə Hüseyn və Zəhra adları verilib.

Musavat TV olaraq 2021-ci ildə şəhidimizin ailəsini ziyarət edərək qəhrəman qardaşların həyat hekayələrini dinləmişdik.

Həmin videoreportajı bir daha izləyicilərimizin diqqətinə çatdırırıq:


Eyni gündə toyları olan Cavid və Çingiz vətən uğrunda eyni anda canından keçib. İndi qardaşlar doğulduqları, təhsil aldıqları, hərbi xidmətə yollandıqları kəndlərinin məzarlığında da yan-yanadırlar.

Onların hər biri yaşadıqları həyatla, vətən uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətlə dastan yazdılar. Eyni rütbəni daşıyan Məmmədov qardaşları doğulduqları Şəmkir rayon Yeniabad kəndinin Vətən uğrunda şəhid olan tək qəhrəmanlarıdır.

Cavid və Çingizin ailəsinə, vətəninə əmanət edərək geridə qoyduğu dörd övladları var. Həmin övladları ziyarət etmək, qəhrəman qardaşların sevgi hekayəsini dinləmək də insanı kövrəldir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!