“Paşinyan səngər qazmaq əvəzinə, asfalt döşəyir”

15 Sentyabr 2023 03:10 Hadisə 726
“Paşinyan səngər qazmaq əvəzinə, asfalt döşəyir”

“Paşinyan iqtidarı istehkam işləri aparmaq, sərhədi möhkəmləndirmək, müdafiəni gücləndirmək əvəzinə ölkənin bütün potensialını yolların asfaltlanmasına yönəldib”.

Bu sözlər Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hökuməti ordu hissələrini sürətlə toplamaq və silahlı qüvvələrin imkanlarını gücləndirmək əvəzinə, daha çox polisi işə cəlb edir, yeni polis xüsusi təyinatlıları yaradır.

Ohanyan Azərbaycan Silahlı qüvvələrinin təmas xəttində gücünü artırmasının yeni toqquşmaya səbəb ola biləcəyini dilə gətirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!