30 il sonra nəşi gətirildi, qurban kəsdilər - FOTOLAR

14 Sentyabr 2023 08:10 Hadisə 718
30 il sonra nəşi gətirildi, qurban kəsdilər - FOTOLAR

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirbər.

Vida mərasimindən sonra şəhid rayonun Mahmudlu kənd qəbiristanlığında dəfn edilib.

Allahverdiyev Şəmsəddin 1971-ci ilin iyunun 9-da Füzuli rayonu İşıqlı kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-ci ilin​ iyul ayında Füzulidə gedən döyüşlər zamanı itkin düşüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.

Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Ş. Allahverdiyevə məxsus olduğu təsdiqlənib.







Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!