Azərbaycan Ordusu ilə bağlı yalan məlumat yayan şəxs həbs edildi

13 Sentyabr 2023 12:50 Hadisə 837
Azərbaycan Ordusu ilə bağlı yalan məlumat yayan şəxs həbs edildi

Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar paylaşan şəxslərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, davam etdirilən tədbirlərlə “TikTok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib.

Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Abşeron rayon məhkəməsinin qərarı ilə Pərviz İbrahimli barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!