
“Qarabağ”ın sabiq hücumçusu Reynaldo futboldan uzaq düşüb.
Buna səbəb həyat yoldaşı Raulene ilə birgə biznesə baş vurmasıdır.
Ötənlərin sevilən futbolçusu xanımı üçün biznes qurmaq qərarına gəlib. O, futbol oynadığı dönəmdə yığdığı pulların böyük qismini qadın paltar butikinə sərf edib.
Arapiraçada yerləşən bu dükan şəhərin dəbdəbəli paltar məkanlarından hesab olunur. Butikin adı RF-dir ki, bunun Reynaldo ilə əlaqəsi yoxdur, xanımın adına həsr olunub: Raulene Fashion.
Cütlüyün əsas məqsədi RF brendini Braziliyada tanıtdırmaqdır. Bunun üçünsə mağazanın başqa şəhərlərdə filiallları istifadəyə veriləcək.
Sabiq forvard ilə xanımı hazırda bu yöndə “baş sındırır”.
Reynaldo 13 illik futbolçu karyerasında ən çox oyunu “Qarabağ”da keçirib və ən çox qola bu klubda imza atıb.
O, bütün turnirlərdə meydana çıxdığı 143 qarşılaşmada rəqib qapılarından 66 top keçirib, 4 məhsuldar ötürmənin müəllifi olub.
SPORTİNFO.AZ
BU LİNKƏ DAXİL OL, VİDEONU İZLƏ