“Hər gün Neymar və Mbappedən burada qalmalarını xahiş edirəm"

13 Dekabr 2020 18:20 Fransa 479
“Hər gün Neymar və Mbappedən burada qalmalarını xahiş edirəm"

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti komanda yoldaşları Neymar və Kilian Mbappe haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, hücumçuların Paris təmsilçii ilə müqavilələrini uzadacağına ümid etdiyini söyləyib:

“Hər gün Neymar və Mbappedən PSJ-də qalmalarını xahiş edirəm. Bəzən Kiliandan soruşuram: "Artıq yeni bir müqavilə imzaladınızmı?" Düşünürəm ki, tezliklə bir razılığa gələcəklər, çünki ikisi də burada özlərini yaxşı hiss edir".

Neymar və Mbappenin PSJ ilə müqavilələri 2022-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!