“Barselona”nın hansı futbolçusunu “qaralayıb”? - PSJ

7 Mart 2024 00:00 Fransa 937
“Barselona”nın hansı futbolçusunu “qaralayıb”? - PSJ

PSJ hələ də “Barselona”nın yarımmüdafiəçisi Qavi ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, Paris klubu ispaniyalının xidmətindən faydalanmaq niyyətindədir.

Paris klubu yay transfer pəncərəsində Qavini almağı planlaşdırır. PSJ kataloniyalıların maliyyə problemlərindən istifadə edib, yarımmüdafiəçini heyətinə cəlb edə bilər.

19 yaşlı Qavinin yay transfer pəncərəsində komandasını tərk etmək fikrində olmadığı bildirilir.

Onun dəyəri 90 milyon avro qiymətləndirilir. Futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!