"O, artıq dünya kubokunu qazanıb və yaxın illərdə mütləq “qızıl top”u da qazanacaq"

8 Mart 00:20 Fransa 430
"O, artıq dünya kubokunu qazanıb və yaxın illərdə mütləq “qızıl top”u da qazanacaq"

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Ouen Harqrivs PSJ-nin hücumçusu Kilian Mbappenin çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş futbolçusu Mbappenin ona Kriştiano Ronaldonu xatırlatdığını söyləyib:

“Mbappe sadəcə xüsusidir, mənə Ronaldonu xatırladır. Onun hərəkəti inanılmaz bir şeydir.

Anri ilə müqayisə etmək üçün Kilian Tyeri ilə eyni işi görməlidir. Mbappenin istedad baxımından praktiki olaraq tayı-bərabəri yoxdur.

Düşünürəm ki, Mbappe düzgün yoldadır. O, artıq dünya kubokunu qazanıb və yaxın illərdə mütləq “qızıl top”u da qazanacaq”.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Futbolçunun Paris klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!