“Onun gedəcəyini təsdiqləyə bilmərəm, biz gələcək üçün planlar qururuq” – Klub prezidenti

7 Mart 01:30 Fransa 254
“Onun gedəcəyini təsdiqləyə bilmərəm, biz gələcək üçün planlar qururuq” – Klub prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi hücumçu Kilian Mbappenin gedişini hələ təsdiqləyə bilməyəcəyini bildirib.

Sportinfo.az xəbər verir ki, klub prezidenti fransalı hücümçunun mümkün gedişi ilə bağlı açıqlama verib:

“Mbappenin gedəcəyini təsdiqləyə bilmərəm, klub həmişə belə şeyləri elan edir. Onun klubla mövcud müqaviləsi var. Lakin biz gələcək üçün planlar qururuq”.

Fevralın 15-də Mbappenin PSJ rəhbərliyinə yayda azad agent kimi klubu tərk etmək qərarına gəldiyini dediyi barədə məlumat yayılıb.

25 yaşlı futbolçu hazırda “Real”la şəxsi müqaviləsinin şərtləri ilə bağlı danışıqlar aparır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!