Futbolçu məşqdə huşunu itirdi, xəstəxanada canını tapşırdı

26 Mart 10:20 Dünya futbolu 258
Futbolçu məşqdə huşunu itirdi, xəstəxanada canını tapşırdı

Boliviyanın “Real Santa Cruz” komandasının kolumbiyalı futbolçusu Gilyermo Beltran 24 yaşında vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçu məşq zamanı huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan Beltran ürəktutmasından orada dünyasını dəyişib.

Beltran “Real Santa Cruz”da 21 oyun keçirib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti