Millimizin baş məşqçisi nədən narazı qaldığını açıqladı

15 Aprel 02:20 Dünya futbolu 475
Millimizin baş məşqçisi nədən narazı qaldığını açıqladı

Beynəlxalq yoldaşlıq oyununda Gürcüstan yığması ilə qarşılaşan futzal üzrə Azərbaycan millisi 2:3 hesabı ilə yenilib.

Sportinfo.az xəbər verir ki, matçla bağlı komandamızın baş məşqçisi Vitali Borisov federasiyanın rəsmi saytına bunları deyib:

“Bilirsiniz ki, milli komandanı yenidən formalaşdırırıq. Budəfki heyətimiz demək olar, sırf Azərbaycan çempionatında çıxış edən futzalçılardan ibarətdir.

Bu görüş 2024-cü ildə ilk beynəlxalq oyunumuz idi. Uşaqlardan razı qaldım, sona qədər mübarizə apardılar.

Rəqibimiz olan Gürcüstan millisi də zəif komanda deyil. Bizdən üstün oynadılar.

Narazı qaldığım məqam iki qolu standart vəziyyətdən buraxmağımızla bağlıdır. Bu da bir yerdə çox işləməməyimizin nəticəsidir. Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”.

Digər Xəbərlər
Xəbər Lenti