COP29

Ötənlərin məşhur hücumçusu Bakıya da gələcək

28 Fevral 02:00 Dünya futbolu 445
Ötənlərin məşhur hücumçusu Bakıya da gələcək

İsveç millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo..az xəbər verir ki, bu vəzifəyə Yon-Dal Tomasson təyin edilib.

Onun müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi başa çatana qədərdir. Milli uğur qazanacağı təqdirdə, müqavilə avtomatik olaraq daha iki il müddətinə uzadılacaq.

İsveç yığması UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunda Azərbaycan, Estoniya və Slovakiya ilə qarşılaşacaq. Turnirin oyunlarına sentyabrda start veriləcək.

2020-2021-ci illərdə Yon-Dal Tomasson İsveçin "Malmö" klubunu çalışdırıb.

Danimarkalı mütəxəssisin rəhbərliyi altında komanda iki dəfə İsveç çempionu olub və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

2022-ci ildən o, fevralın əvvəlinə kimi Çempionşipdən "Blekbern"in baş məşqçisi idi.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"