"Qarabağ”ın ulduzu: “Bizdən başqa heç kim bunu gözləmirdi”

9 Dekabr 2022 22:20 Dünya futbolu 832
"Qarabağ”ın ulduzu: “Bizdən başqa heç kim bunu gözləmirdi”

Qətərdə keçirilən DÇ-2022 öz axarı ilə davam edir.

Bu gün yarışda ¼ final mərhələsinin görüşlərinə start veriləcək. Son 8 milli komanda arasında ən surpriz ad, sözsüz ki, Mərakeş yığmasıdır.

Onlar Xorvatiya və Belçika kimi güclü yığmaların olduğu qrupdan lider kimi pley-off mərhələsinə yüksəlməyi bacardı.

Burada isə Valid Reqraqinin yetirmələri çempionluğa namizəd hesab olunan İspaniya millisini mübarizədən kənarlaşdırmaqla turnirin ən böyük sensasiyalarından birinə imza atmış oldular.

İndi qarşıda daha bir çempionluğa favorit hesab olunan Portuqaliya yığması ilə yarımfinal uğurunda görüş var.

Oyun öncəsi ölkəmizdə çıxış edən yeganə mərakeşli Abdullah Zubirlə danışmaq, yəqin ki, maraqlı olardı.

“Qarabağ”ın aparıcı üzvlərindən sayılan əcnəbi yarımmüdafiəçi ölkəsinin dünyaya səs salan çıxışı ilə bağlı bunları dedi:

“Etiraf eliyək ki, heç kəs Mərakeşdən qrupdan çıxacağını, 1/4 finala yüksələcəyin gözləmirdi. Yalnız bizlər - mərakeşlilər bunan inanırdıq.

Həqiqətən İspaniya çox güclü rəqib idi. Amma İspaniyanı məğlub etməyi bacardılar. Qarşıdan isə Portuqaliya ilə oyun gəlir.

Təbii ki, Portuqaliya da güclü rəqibdir. Baş məşqçinin sosial şəbəkələrdəki açıqlamaları ilə tanışam. O, çox iddialıdır.

Oyundan oyuna irəliləmək istəklərini bildirir. Bura qədər gəlmişiksə, niyə yarımmfinal olmasın? Bütün mərakeşlilər olaraq inanırıq ki, növbəti tarixi zəfəri yazacağıq”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti