Türkiyə və Suriyadakı zəlzələ qurbanları Çempionlar Liqasında yad olundu - FOTO

15 Fevral 2023 21:40 Çempionlar Liqası 250
Türkiyə və Suriyadakı zəlzələ qurbanları Çempionlar Liqasında yad olundu - FOTO

Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.

PSJ "Bavariya"nı, "Milan" isə "Tottenhem"i qəbul edib.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında matçlar öncə Türkiyə və Suriyada baş verən zəlzələdə həlak olanlara ehtiram əlaməti kimi onlar bir dəqiqəlik sükutla yad edilib.

Futbolçular meydançaya çıxankən və sükut anında türk və ərəb dilində “Biz sizinləyik” pankartı açılıb. Tribunalarda Türkiyə və Suriya bayraqları dalğalanıb.

"Bavariya" səfərdə PSJ-ni 1:0, "Milan" isə öz meydanında "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"