“Qəbələ” Zirədə minimal hesabla məğlub oldu

3 Aprel 20:57 Azərbaycan Futbolu 574
“Qəbələ” Zirədə minimal hesabla məğlub oldu

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “Zirə” və “Qəbələ”ı ilk matçlarını birincilərin evində keçirib.

Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 51-ci dəqiqədə bakılıların qvineyalı hücumçusu Salifu Suma açıb.

15 dəqiqə sonra “Zirə”nin braziliyalı yarımmüdafiəçisi Rafael Utziq sabiq komandasını cəzalandırıb.

Kubokun son qalibi “Qəbələ” 90-cı dəqiqədə fərqi minimuma endirib. Feras Abu Akal cavab matçı ərəfəsində komandasının finala vəsiqə ümidini davam etdirib.

Görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ" ötən gün "Neftçi"ni səfərdə 4 cavabsız qolla məğlub edib.

Hər iki cütdə cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

"Zirə" – "Qəbələ" 2:1

Qollar: Salufi Suma, 51, RafaelUtziq, 66 // Abu Akel, 90
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu

"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 70. İssa Cibrilla, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 53. Elnur İbragimov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 6. Fares Abu Akel.
Baş məşqçi: Kaxaber Sxadadze.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU